Fərda: “Aktyorlara 200-300 manat verib, başlarını aldatmaq lazım deyil”

Fərda: “Aktyorlara 200-300 manat verib, başlarını aldatmaq lazım deyil”

Aktyor Fərda Xudaverdiyev həmkarlarının gizli qalan məqamlarından söz açıb. SİA-ya açıqlama verən Fərda bu haqda ətraflı danışıb: "Türk filmləri Azərbaycanda nümayiş olunanda anşlaq olur. Hətta bilet üstündə dava gedir. Ancaq yerli kinolarımıza tələbat o qədər də deyil. Bu da biz aktyorların yaralı yeridir. Düşünürəm ki, bizim filmlərimiz və aktyorlarımız tamaşaçılarımız tərəfindən yaxşı qarşılanmalıdır. Onu da deyim ki, normal kino da ərsəyə gətirmək üçün kifayət qədər pul ayrılmalıdır. Yoxsa aktyorlara 200-300 manat verib, başlarını aldatmaq lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə