Röya: “Konsertə qədər arıqlamasam, məni gözləməyin”

Röya: “Konsertə qədər arıqlamasam, məni gözləməyin”

Müğənni Röya Ayxan yenidən arıqlamaq qərarına gəlib. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb: "Fikir verməyin, pəhrizdəyəm, başım xarab olub. Boyum 1.65-dir, çəkim isə 50 kiloqram olub. İndi isə kökəlib, 55 olmuşam. Konsertə qədər arıqlamasam, məni gözləməyin".

Qeyd edək ki, R. Ayxan dekabrın 19-da və 20-də Heydər Əliyev Sarayında "Sənə ehtiyacım var" adlı konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə