İfaçıdan yenilik VİDEO

Bu gün gənc müğənni Həcər Əliyeva "Peşmanam" adlı mahnısına çəkdirdiyi klipini media mənsublarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, onu xoş günündə şou-biznesin tanınmış simaları tək qoymayıb.

Belə ki, tədbirdə Həcərə hər zaman dəstək olan xalq artisti Faiq Ağayev, Xalid, Cəmilə, Qurd, prodüser Təranə və başqaları iştirak edib. Aktyor Elnur Kərimovun idarə etdiyi mərasimdə səbəbkarı qonaqlar təbrik edərək ünvanına xoş sözlər deyiblər.

Qeyd edək ki, mahnının sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə