"Soyuq Əllər, İsti Ürək: "Qış Möcüzəsi" Yeni İl Xeyriyyə Yarmarkasının Mer seçimləri başa çatıb. SİA-nın verdiyi xəbərə görə, səsvermə nəticəsində qalib müğənni Miri Yusif olub.
Yarmarkanın meri 1 ay müddətində insanları xeyriyyə layihəsinə qoşulmağa səsləyəcək. O, möhtəşəm şənliyin siması qismində yarmarkanın keçirildiyi müddət ərzində qonaqlarla birlikdə olacaq. Xeyriyyə yarmarkası dekabrın 3-dən 2015-ci il yanvarın 4-dək Fəvvarələr Meydanında keçiriləcək.
Xatırladaq ki, yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Bu il əldə ediləcək gəlirlə "NARGIS" fondu "Qocalar evi" və ağır xəstəlikdən əziyyət çəkən bir neçə uşağa yardım əlini uzadacaq.
Qeyd edək ki, yarmarkanın meri namizədləri sırasında əməkdar artist Tünzalə Əliyeva, şoumen Murad Dadaşov, müğənni Nigar Camal, "Bakılı oğlanlar" komandasının üzvü Bəhram Bağırzadə yer almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB