Alim Qasımovun oğlunu bıçaqladılar?

Alim Qasımovun oğlunu bıçaqladılar?

Deyilənlərə görə, xalq artisti Alim Qasımovun səsi batıb. Hətta həkimlər sənətkara danışmağa belə icazə vermirlər. Məsələ ilə əlaqədar olaraq xalq artistinin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Alim bəy xəbərin yalan olduğunu söylədi: "Bir az soyuqlamışam. Boğazım ağrayır. Ancaq yalan məlumatdır ki, səsim batıb".

A. Qasımov oğlu haqqında dolaşan xəbərə də aydınlıq gətirib: "Bəzilərinin dediyinə görə, oğlum Müşviqabad qəsəbəsində yerləşən məkanların birində sərxoş halda dava salıb və bıçaqlanıb. Müşviqabadda bir çox qohumlarım yaşayır. Bu hadisə hansısa qohumumun başına gələ bilər, ancaq oğlumun yox. Çünki, o, hazırda evdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə