Şou-biznes nümayəndələri xeyriyyə məqsədilə konsert verəcək

Şou-biznes nümayəndələri xeyriyyə məqsədilə konsert verəcək

Şou-biznesin məşhur simaları xeyriyyə məqsədilə konsert verəcəklər. SİA-nın verdiyi xəbərə görə, gecədə İsfar Sarabski, Dilarə Kazımova, Eldar Qasımov, Samir Cavad-zadə və Mikayil Rəfiyev 'Excellent' Music Band-in iştirakı nəzərdə tutulur. Konsert dekabr ayının 5-də Bakı Caz Mərkəzində baş tutacaq. Saat 20:00-da başlayacaq gecəyə biletlərin qiyməti 20 AZN-dir.

Qeyd edək ki, konsertdə yığılan bütün vəsaitlər B.A.R.S. sahibsiz heyvanlara qayğı yardım fonduna bağışlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə