"O səs Türkiyə" yarışmasına həmyerlilərimizdən daha iki qardaş qatılıb. SİA-nın verdiyi xəbərə görə, onlar duet şəklində oxuyublar. Varis və Ceyhun adlı qardaşlar Tarkanın "İnci Tanem" mahnısını səsləndiriblər. Müğənnilər Hadisə, Ebru Gündeş və Gökhan Özoğuzu özlərinə tərəf döndərməyi bacarıb, nəticədə Hadisəni seçiblər.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB