"O səs Türkiyə" yarışmasına "Eurovision 2008"də ölkəmizi təmsil edən Elnur Hüseynov qatılıb. SİA-nın məlumatına görə, Sem Smitin "Lutch" mahnısını ifa edən Elnur bütün münsif heyətini özünə tərəf döndərib.
Münsiflərin istəyi ilə daha üç mahnı oxuyan Elnur Hüseynov müğənni Sertab Ərənərin repertuarından "Aşk" mahnısı ilə günə damğasını vurub.
Münsiflər bütün zalı özünə heyran edən həmyerlimizin çıxışını indiyə qədərki ən yaxşı çıxış adlandırıblar.
"Eurovision"dakı ilk təmsilçimiz sonda Ebru Gündeşi seçib. Elnur səhnəni tərk etdikdən sonra Gökhan "Elnurun çıxışıyla bu yarışmanın reytinqi çox qalxdı" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB