Müğənni Əbdül Xalid yaxın günlərdə yeni mahnısını təqdim edəcək. Bu haqda SİA-ya Xalidin özü danışıb: "Yeni mahnı üzərində çalışıram. Bəstə "Doğum günü" adlanır. Mahnının sözləri Bəbirə, musiqisi Mələk Xəlilə aiddir. Doğum gününə həsr olunmuş mahnıların az olduğunu görüb, bu haqda oxumaq istədim. Bəstədə sevənlər bir-birilərinə ürək sözlərini deyirlər. Mahnı tezliklə dinləyicilərin ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB