Aktyor Müşviq Şahverdiyev rejissorlardan gileylənib. SİA-ya açıqlama verən aktyor rejissorlara səslənərək ciddi obrazda filmə çəkilmək istədiyini deyib: "Bildiyiniz kimi, mənim rol aldığım bütün filmlər yumoristikdir. Amma mən ciddi obrazı da canlandıra bilərəm. Türkiyədə rejissorlar komediya janrında oynayan aktyor və aktrisaları ciddi rollarda da sınayır. Lakin bizim rejissorlar bu işdə təcrübəli deyillər. Mən bunu gizlətmədən etiraf edirəm. Heç kim məndən inciməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB