DJ Çinanı nişanlısından ayırmaq istədilər

DJ Çinanı nişanlısından ayırmaq istədilər

DJ Çina ona problem yaratmaq istəyən insanlardan söz açıb. SİA-ya açıqlama verən Çina hətta həmin kəslərə görə nişanlısından ayrılmaq təhlükəsi ilə üz-üzə qaldığını dilə gətirib: "Bildiyiniz kimi, mən nişanlıyam. Ancaq nişanlımla münasibətimizi pozmaq istəyirlər. Belə ki, bir neçə gün bundan öncə "Facebook" kodumu sındırmışdılar. Bu da sözün düzü mənə bir az problem yaratdı. Ancaq şükürlər olsun ki, nişanlımla ayrılmamışam və xoşbəxtəm. Onu da deyim ki, bu vaxtadək heç kimə pislik etməmişəm. Ancaq mənimlə düşmənçilik edirlər. Lakin Tanrınn köməkliyi ilə imkan vermərəm ki, xoşbəxtçiliyimi əlimdən alsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə