"Eurovision 2008" təmsilçimiz Elnur Hüseynov "O səs Türkiyə"yə qatılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə prodüser Tarix Əliyev sosial şəbəkədə yazıb: "75 milyonluq Türkiyədə tapılmayan səs Azərbaycandan çıxdı. Bax belə insanları qoruyub, ucaldıb arxa çıxmaq lazımdır. Yoxsa bəzi "Bozbaş" müğənnilər, musiqidən bixəbərlər sevgili hesabına klip çəkdirib efirə çıxanlar, sevgililəri "lotu" olub onun-bunun üstünə adam göndərənlər, üç gün efirə çıxıb özünə "nömrə bir" deyənləri reklam etmək lazım deyil. Siz bu insanın səsi qarşısında heç kimsiniz! Onun adı Elnur Hüseynovdur. Çalışın ki, onu da vətəndən küsdürüb başqa ölkələrə yem etməyin. Bu, bəzi özlərini kişi hesab edərək kimlərisə qınayanlara da aiddir. Kişiliyin meyyarı güclə ölçülmür. Elnur təkrarsız səsi ilə Avropanı necə lərzəyə gətirmişdisə, "O səs Turkiyəni" də dəhşətə gətirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB