Səməd Səmədov Sevdanın porno videosundan danışdı

Səməd Səmədov Sevdanın porno videosundan danışdı

Xeyli müddətdir ki, xalq artisti Səməd Səmədovla müğənni Sevda Əliqızının arasında baş verən qalmaqal səngimək bilmir. Efirlərin birində S.Səmədov S. Əliqızıya aid onda diskin olduğunu dilə gətirmişdi. Həmin diskdə Sevda xanımın porno görüntülərin yer aldığı iddia olunurdu.

Məsələ ilə əlaqədar olaraq xalq artisti Səməd Səmədovla əlaqə saxladıq. O, əməkdaşımıza bunları dedi: "Efirdə olanlar aparıcı Elgizin hoqqaları idi. Həmin diskdə porno video yox, kliplərimiz olub. Sevda xanım gözəl insandır və yaxşı anadır. Onun sənətinə və özünə hörmətim var. Sevda xanımla iş birliyimizə son qoyduğum üçün pis olmasın. Çünki zamanında bir çox duet ortaqlarımla ayrılmışam və hazırda hər biri ilə ailəvi dostam. Əminəm ki, Sevda xanım sakitləşdikdən sonra onunla dost olacağıq. Onu da deyim ki, bizim yanvar ayında iki dənə toyumuz var".

Bütün xəbərlər Facebook səhifəmizdə