"My name is İntiqam" da anşılaq oldu

"My name is İntiqam" da anşılaq oldu

Bu gün Nizami Kino Mərkəzində "My name is İntiqam" filminin qala gecəsi baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəyə bir çox məşhurlar təşrif buyurub. Onlardan Elçin Hüseynov, Nicat Rəhimov, İlkin Həsəni, Azər Baxşəliyev, Təranə Səmədova, Emil Bədəlov, Fərid İman, Xalid, dj Çina, Fərda Xudaverdiyev, Elşən Orucov, Nazim Məmmədov və başqaları iştirak edib. Yumoristik filmdə baş rolları Muşfiq Şahverdiyev və İlkin Misgərli canlandırıb.

Filmin təqdimatından əvvəl səhnəyə çıxan aktyor Müşviq Şahverdiyev hər kəsə bol gülüş vəd etdiyini dilə gətirib. Bildirib ki, sözügedən film bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli film olacaq.

Daha sonra film nümayiş olunub.

AAAF Parkın vahid sponsorluğu ilə komediya janrında çəkilən "My name is İntiqam" filminin rejissoru Emil Abdullayevdir.

Qeyd edək ki, "My name is İntiqam" filmi tamaşaçılar tərəfindən olduqca bəyənilib və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə