Müğənni orqanlarını bağışladı

Türkiyəli müğənni Nilufər gözlənilməz addım atıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı orqanlarını bağışlayıb. Sənətçi bu haqda sosial şəbəkədə yazıb: "Biz dünyadan köçəndə bütün orqanlarımız torpağa qarışıb çürüyəcək. Mən də orqan bağışlamağı müqəddəs bir şey hesab edib bu gün xəstəxanaya getdim və bütün orqanlarımı bağışladım. Təkcə Türkiyədə böyrək gözləyən 59 min dializ xəstəsi olduğunu öyrənəndə çox üzüldüm. Avropada orqan bağışlama 75% olduğu təqdirdə, Türkiyədə bu rəqəm 20%-ə qədərdir. Xahiş edirəm, düşünək, bir gün bu, hamımızın başına gələ bilər. Hər kəsi bu müqəddəs insanlıq vəzifəsini yerinə yetirməyə səsləyirəm. Siz də bir can qurtara bilərsiniz."

Bütün xəbərlər Facebook səhifəmizdə