6 həftədir davam edən və azərbaycanlı model Günay Musayevanın Türkiyədə çəkildiyi "Bəyaz qərənfil" serialının yayımı dayandırılıb. SİA-nın verdiyi xəbərə görə, buna səbəb ekran işinin kifayət qədər baxımlı olmaması olub. G. Musayeva bu haqda təəssüratlarını sosial şəbəkədə yazıb: "Macəramız sona çatdı. Gözəl iş, möhtəşəm yaradıcı heyət idi. Çox təəssüf ki, məlum səbəblərdən altıncı bölümlə serialı bitirməli olduq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İşbirliyimiz tez bitsə də, bu heyətlə çalışmaq gözəl idi. Burada ailə istiliyi var idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB