Türkiyəli aktyor Kıvanç Tatlıtuğ şəxsi həyatı və karyerası ilə bağlı mühüm bir qərar qəbul edib. SİA-nın verdiyi xəbərə görə, aktyor tezliklə ABŞ-a köçərək, Los-Ancelesdə yeni bir həyata başlayacaq. Kıvanç, eyni zamanda Hollivudda aktyorluq təhsili almaq istəyir. O yalnız müqavilə imzaladığı şirkətlərin reklamlarında çəkilmək üçün Türkiyəyə gələcək. K.Tatlıtuğun belə bir qərara gəlməsinə bu yay Amerikada uzun müddət tətil etməsi və orada "Oskar"lı aktyor Rassl Krou ilə tanış olması səbəb göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB