Bu gün müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallının qızı Sahilənin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, sənətçi qızını 3 yaşı tamam olması münasibəti ilə sosial şəbəkədə təbrik edib: "Bir qadının ən böyük, tükənməyən xoşbəxtliyi övladıdır. Qızım, səni varlığım qədər sevirəm, sən mənim canımsan. Ad günün mübarək, canım qızım".
K. Zeynallı da təəssüratlarını sosial şəbəkədə bölüşüb: "Allah, sənə çox şükür olsun ki, bu bala payını bizim ailəyə nəsib etdin. Bu gün bizim həyatımızda silinməz, ən xoş gündür. Qızıma ömrü boyu xoşbəxt olmağı arzu edirəm. İnşallah, biz valideynlərin həyatda həmişə sənin xoşbəxt günlərini görək".
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB