Narkotik ticarəti cinayətindən həbs olunan türkiyəli müğənni Dəniz Səkini aparıcı və nəğməkar şair Sezən Cümhur Önal ziyarət edib. SİA-nın verdiyi xəbərə görə, görüşdə D. Səki aparıcının əllərindən öpüb: "Məni görəndə gözləri yaşardı və əllərimdən öpdü. Mən də ona güclü və səbrli olmağı, səhvini başa düşməyi məsləhət gördüm. Ürək-dirək olmağa çalışdım."
Qeyd edək ki, D. Səki cəza çəkdiyi Bakırköy qadın və uşaq həbsxanasında musiqi kursu açmaq üçün aidiyyəti ünvanlara ərizə ilə müraciət edib. Müğənni bunun həbsdəkilərə stimul olacağını düşünərək, özü də gitara dərsi almaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB