“Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert keçiriləcək
"Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsert dekabrın 1-də Heydər Əliyev Sarayında baş tutacaq. Gecədə sənət aləminin tanınmış simaları iştirak edəcək. Aparıcılığını Pünhan İsmayıllının edəcəyi konsertdə əməkdar artistlərdən Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, Könül Xasıyeva, müğənnilərdən Seyran Mirqəniyev, İlahə İbadova, Səbuhi İbayev, Bəturə Hüseynova və aşıq Telli Borçalı sevilən ifalarını səsləndirəcək.
Qeyd edək ki, konsert saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB