Son bir ay ərzində iki klipini təqdim edən müğənni-teleaparıcı Vüsalə Rəcova ailəsi ilə birgə İstanbula üz tutub. Bu haqda SİA-ya danışan müğənni orada istirahət etdiyini deyib: "Hazırda İstanbulda anamla, oğlumla, son iki klipimdə tərəf müqabilim və sevgilim Qafurla dincəlirik. Klip çəkilişi zamanı İstanbulu gəzməyə vaxtımız olmadı. Qafurun münasibəti ciddidir. Onun münasibətinə qarşılıq göstərirəm. Hələlik bir-birimizi daha yaxşı tanımağa çalışırıq. Ailəmə qarşı səmimidir".
Qeyd edək ki, yeni ilə yeni repertuarla hazırlaşan sənətçi bu siyahıda duetlərin də olacağını deyib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB