Tarzən Humay Qədimova sayca dördüncü instrumental klipini ərsəyə gətirib. SİA-nın verdiyi xəbərə görə, növbəti həftəyə təqdimatı nəzərdə tutulan ekran işi bu dəfə udun ifasında lentə alınıb. Humayın ifa üçün seçimi, tarixi uzun illərə söykənən milli rəqslərimizdən "Qaval"dı. Klipin rejissoru H. Qədimovanın bir sıra konsert və layihələrinə ekran həyatı verən Vüsalə Mirzəyevadır.
Çəkilişlər Mərdəkanda, "Arşın mal alan" filminin çəkildiyi məkanlardan birində aparılıb. Geyim mövzuya uyğun milli üslubda seçilib. Humay bu səpkidə ifanı tamaşaçı tələbatını nəzərə alaraq ekrana gətirdiyini bildirib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB