Ancelina Coli karyerasına son qoydu

Holivud ulduzu Ancelina Coli bundan sonra aktrisalıq etməyəcəyi barədə açıqlama yayıb. SİA-nın xarici mətbuata istinadan verdiyi xəbərə görə, məşhur yazıçılıq və rejissorluq işinə başlamaq niyyətində olduğunu bildirib: "Mən heç vaxt kamera qarşısında özümü rahat hiss etməmişəm və kinoda çəkilməyi sevməmişəm. Rejissorluq işini bacaracağımı heç bir zaman düşünməmişdim. Lakin indi hesab edirəm ki, mən bu işin öhdəsindən gələ bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə