Məşhur Rusiya parodiyaçısı, əməkdar artist Yelena Vorobey və onun teatrı 7 dekabrda Opera və Balet Teatrının səhnəsində "Ne çijik-pıjik" yeni yumoristik şou-proqram ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, məzəli, maraqlı, coşqu dolu Yelena Vorobey tamaşaçılara ən yaxşı parodiya, zarafat və nömrələrini təqdim edəcək.
Qeyd edək ki, saat 19:00-da başlayacaq şou proqramın biletləri paytaxtın bütün mərkəzi kassalarından əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB