Müğənni Niyam Səlami bəzi həmkarlarını qınayıb. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda verilişlərin birində danışıb: "Bəzi müğənnilərin hərəkətləri məndə qıcıq yaradır. Bəstələrinin hit olduğunu deyərək, xalqımızın adından danışırlar. Amma düşünürəm ki, bu fikir düzgün deyil. Mənim də bir çox mahnılarım var ki, kifayət qədər dinlənilər. Ancaq mən bəstələrimin hit olduğunu iddia etməmişəm".
Müğənni yeni duet ortağından da söz açıb: "İlk duet ortağım Röya Ayxandan sonra heç kimlə oxumamışam. Ancaq yaxın günlərdə müğənni Fidanla bir araya gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB