Bəstəkar-şairdən yeniliklər FOTOLAR

Bəstəkar-şairdən yeniliklər FOTOLAR

Bəstəkar-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyev növbəti şeirlər kitabını çapa hazırlayır. Bu haqda SİA-ya Turalın özü danışıb: "5 ildir ikinci kitabım üzərində çalışıram. "Sevgi dünyası" adlandırdığım kitabın əsasını Vətən, sevgi mövzusu təşkil edir. Hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən, yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək. Şeirlər toplusunu 2015-ci ilin ilk həftələrində təqdim edəcəm".

Müəllifin məlumatına görə, onun ilk kitabı 2008-ci ildə çapdan çıxıb. "Nəğmələr kitabı" adı ilə öncə Gürcüstanda, daha sonra Respublikada təqdimatı keçirilən toplunu Tural Bayraməliyev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edib:"Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq, özümə borc bilmişəm. Bu silsiləni bu dəfə mahnı şəklində davam etdirəcəm. Heydər Əliyevin 85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan "Xalqımızın qəlbindəsən" adlı kompazisiya həsr etdim. Xalq artisti Nisə Qasımovanın ifasında səsləndirildi. Dekabrın 12-i, Heydər Əliyevin anım gününə daha bir kompazisiya itaf ediləcək. Hazırda bunun üzərində çalışırıq. "Ulu Öndər" adlandırdığımız bu nəğmənin sözləri Həsən Şirinovun, musiqisi mənə məxsusdur. Musiqili əsəri əməkdar artist Almaz Ələsgərli oxuyacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə