Həbs olunan müğənninin nişanlısı qeyri-adi jest etdi

Həbs olunan müğənninin nişanlısı qeyri-adi jest etdi

Narkotik alveri cinayətinə görə həbsə məhkum edilən türk müğənni Dəniz Səkinin nişanlısı Faruk Salman hər kəsin marağına səbəb olan açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, Dəniz Səki ilə hər an evlənməyə hazır olduğunu dilə gətirib: "Əgər özü istəsə, həbsxanada evlənərik. Çünki ona qarşı böyük məhəbbətim var. Mən ömrümün sonuna kimi Dənizi gözləyəcəm."

Qeyd edək ki, D. Səki narkotik maddələrin satışı səbəbilə Bakırköy Qadın və Uşaq Həbsxanasında cəza çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə