Müğənni Elnarə Xəlilova Türkiyədən qayıdıb. O, SİA-ya açıqlaması zamanı İstanbulda "Dayan" adlı mahnısına klip çəkdirdiyini deyib: "Söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsus bəstəni duet formasında ifa etdim. Duet ortağım Türkiyədə "Pop star" yarışmasından tanınan Barış Kömürcüoğludur. Mahnıya quruluşu Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya verib. Klipdə tərəf müqabilim də Barışdır. Yeni yaradıcı işimiz maraqlı alınıb. Ancaq bu barədə çox danışmaq istəmirəm, çünki klip üçün qala-gecesi təşkil ediləcək".
Qeyd edək ki, klipin təqdimatı noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yaradıcı heyət də iştirak edəcək.
"Dayan" klipindən olan fotoları təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB