Yeni duet ortaqları kimlərdir?

Müğənni Leyla Ramazanlı yaradıcılığında yenilik edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı musiqisi İsmayıl Əsədov, sözləri Arzu Əsədova aid "Yuxular" adlı yeni mahnısını səsləndirəcək. Leyla bu bəstəni duet şəklində ifa edəcək. O, mahnını Pərviz Qasımovla birgə oxuyacaq.

Qeyd edək ki, sənətçilər dueti tezliklə dinləyicilərinin ixtiyarına verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə