Röya konsertinə görə 55 kiloqram oldu

Röya konsertinə görə 55 kiloqram oldu

Müğənni Röya Ayxan dekabrda verəcəyi konsertə ciddi hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, sənətçi həyəcan keçirdiyini bildirib. O, bu haqda sosial şəbəkədə yazıb: "Maraqlı anlar baş verir. Həmişə stresdən arıqlayıram. Bu konsert stresindən isə çox yeməyə başlamışam. 55 kiloqram olmuşam".

Qeyd edək ki, Röyanın "Sənə ehtiyacım var" adlı solo konserti dekabrın 19-u və 20-də Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə