Müğənni mərhum ifaçının evində klip çəkdirdi

Müğənni mərhum ifaçının evində klip çəkdirdi

Türkiyəli müğənni İzzət Yıldızhan gözlənilməz addım atıb. SİA-nın verdiyi xəbərə görə, o, dünyasını dəyişmiş sənətçi Müslüm Gürsəsin "Baxışların bir ox sanki" adlı mahnısını səsləndirib. Daha sonra mərhumun evində klip çəkdirmək qərarına gəlib. Müğənni bu arzusunu həyata keçirmək üçün M. Gürsəsin həyat yoldaşı Muhtərəm Nurdan icazə alıb. Lentə alınan ekran işində M. Nurun özü də çəkilib.

Qeyd edək ki, xanımı M. Gürsəsin vəfatından sonra 30 il əri ilə yaşadığı Bakırköydəki evindən Bəylikdüzünə köçüb. Buna səbəb isə həyat yoldaşı ilə olan xatirələrindən uzaqlaşmaq istəyi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə