Müğənni Xatirə İslam özündən çıxıb. SİA-nın verdiyi xəbərə görə, buna səbəb həmkarı Rüfət Axundovla sevgili olması haqda yayılan xəbərlər olub. Belə ki, bir müddət öncə Rüfətlə birgə Dubaya yollanan sənətçi şəkillərini sosial şəbəkədə paylaşıb. Fotoların altından şərhlər yazan bəzi istifadəçilər onların sevgili olduqlarını iddia ediblər. Yazılan ismarıclara əsəbiləşən müğənni, Rüfətlə birinci sinifdən dostluq etdiklərini deyib: "Biz onunla bacı-qardaşıq. Ayıbdır, bu cür söz-söhbət çıxarırlar. Ailəvi dostluğumuz var. Məni hamı yaxşı tanıyır. Kişi kimi qadınam. Ailəli xanımam, belə şayiələr mənə yaraşmaz. Bu xoşagəlməz söhbətlər heç vaxt Rüfətlə dostluğumuza xələl gətirə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB