“Polad Ələmdar” seriala qayıdır

“Polad Ələmdar” seriala qayıdır

"Kurtlar Vadisi" serialının baş qəhrəmanı, Polad Ələmdar rolunu canlandıran Nəcati Şaşmazdan xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, məşhur aktyor artıq filmin çəkilişlərinə qatılacaq. Bu yaxınlarda çəkiliş vaxtı "Aston Martin" markalı maşınla keçirdiyi qəzada çənəsi qırılan N. Şaşmaz yerləşdirildiyi xəstəxanada müalicəsini tam şəkildə alıb və hətta həkimlərin rəyinə görə, yenidən ekran işinin çəkilişlərinə qayıtmaq imkanı qazanıb. Belə ki, qəhrəmanın yaşadığı xoşagəlməz hadisə səbəbindən yaradıcı heyət dublyaj üçün başqa adamı seçməyi planlaşdırmışdı. Amma artıq normal şəkildə danışmağa başlayan N. Şaşmaz öz kadrlarını özü səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə