Xəbər verdiyimiz kimi, ifaçı Dəniz Səki həbs olunub. SİA-nın verdiyi xəbərə görə, onun tutulmasına həmkarları Sibel Can və Bülent Ərsoy fikir bildiriblər.
Bülənt Ərsoy məsələ ilə bağlı bunları deyib: "Qanun qarşısında hər kəs bərabərdir. Sadəcə dəqiq bilmirəm ki, eşitdiklərim həqiqətdirmi? Əgər elədirsə, o zaman Dənizə qadın olduğu üçün üzülürəm".

Digər türk müğənnisi Sibel Can da bu xəbərlə əlaqədar jurnalistlərə şəxsi rəyini açıqlayıb: "Özünü çox sevirəm, hətta son mahnısını da öz instaqram profilimdə paylaşmışam. Ona görə də, Dəniz üçün xeyirlisi nədirsə, o olsun".

Qeyd edək ki, Dəniz Səki ölkəsində narkotik maddələrin qəbulu və satışı ilə ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB