Xalq artisti uşaqları sevindirdi

Heydər Əliyev Sarayında "Milli dirçəliş günü"nə həsr olunmuş "Biz sənin övladlarınıq" adlı uşaqlar üçün konsert proqramı keçirilib. SİA-nın verdiyi xəbərə görə, musiqili-əyləncəli konsert proqramında uşaqların ifasında milli və müasir rəqslər, muğam, aşıq ifaları, illüziya şousu və rəngarəng çıxışlar nümayiş olunub. Proqramın musiqili qonağı isə xalq artisti Faiq Ağayev mahnıları ilə balacaların bayramını təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə