Əli Mirəliyev: “İstəmirəm ki, Üzeyir Hacıbəyovla başlayan musiqimiz Üzeyir Mehdizadə ilə bitsin” MÜSAHİBƏ
Müğənni Əli Mirəliyevin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Sənətçilərimizlə niyə yola getmirsiz?
-Hər zaman çalışmışam ki, onlara düzgün yol göstərim və mənəvi cəhətdən dayaq olum. Lakin adımı qalmaqallı müğənni qoyublar. Amma mən mübarizə aparıram. İstəmirəm ki, musiqimiz Üzeyir Hacıbəyov kimi şəxsiyyətlə başlayıb, meyxanaçı Üzeyir Mehdizadəylə bitsin. Üzeyir olmasaydı, bizim musiqimiz pis hala düşməzdi. Hətta onun sayəsində narkomanlar müğənnilik etməyə başlayıblar. Ancaq adlarını demiyəcəm.
-İfaçıların hansı hərəkətləri sizi əsəbləşdirir?
-Məni ən çox özümdən çıxardan bəzi müğənnilərin efirdə evinin, maşının, həyat yoldaşının olmadığını deyərək ağlamaqlarıdır. Kişi efirdə ağlamaz, ayıbdır. Arvadın yoxdur, yenidən evlən. Cammat onları izləyir və hər kəsin də kifayət qədər dərdi var. Məni daha çox qəzəbləndirən sənətçilərimizin "etiraf" etməkləridir. 3 dənə uşaq dünyaya gətirib. Ancaq atası bilinmir kimdir.
-Yerli verilişlərimizə baxırsız?
-Bir çox layihələri izləmirəm. Çünki xalqın adından efirlərdə istifadə edib, danışan həmkarlarım var. Bu da mənə xoş gəlmir. Heç millətimiz həmin ifaçıya qulaq asmır və zəhləsi gedir. Millətimizin adından danışan müğənnilərin səsləri, mədəniyyətləri yoxdur. Bakı balaca şəhərdir. Hətta polislər də bilir ki, şou-biznesin bəzi nümayəndələri gecəyarısı nə işlər görür. Amma həmin müğənnilər efirə çıxaraq xalqa məsləhət verir. Heç həmin sənətçinin cinsiyyəti bilinmir. Üstəlik də özünü Konçitaya bənzədir.
-Onlara nə məsləhət görərdiniz?
-Həmin şəxslərə bildirmək istəyirəm ki, biz avroparlı deyilik, azərbaycanlıyıq. Gəlin, adət-ənənəmizi qoruyub-saxlayaq.
-Adlarını dəyişən ifaçılara münasibətiniz necədir?
-Zamanında xalq artisti Brilliant Dadaşova da Azərbaycanı tərk edərək, adını dəyişib, "Britaq" qoymuşdu. Hətta yaşını da 5-6 yaş kiçiltmişdi. Sonra Brilliant Hava limanında polislər tərəfindən saxlanıldı. Bir sözlə demək istəyirəm ki, insanı adına görə tanıyarlar. Onu dəyişmək lazım deyil. Əgər mən Əli Mirəliyevəmsə, Bakıdan getsəm də, adım olduğu kimi qalacaq.
-İllər öncə sizi hansı məşhur ifaçımız qınayıb?
-Şövkət Ələkbərova hər zaman deyirdi ki, mən pəltəyəm və məndən oxuyan olmaz. Lakin üzərimdə işlədikdən sonra onun qohumlarının toyunu mən idarə edirdim.
-Səsləri sizin üçün xoş olan sənətçilər var?
-Xalq artisti Aygün Bayramovaya, əməkdar artist Aybəniz Haşımovaya, müğənnilər Nadir Qafarzadəyə, Elton Hüseynəliyevəyə və digər ifaçılara qulaq asıram. Onlar dinləyəndə mənə xoş olur. Ancaq bəziləri ifa edəndə ölmək istəyirəm.
-Boş vaxtınızı necə keçirirsiz?
-Demək olar ki, günümün çoxunu quşlarıma və itimə həsr edirəm. Məndə onlara konsert verirəm (gülür). Onsuzda şou-biznesdəki müğənnilərə qulaq asan yoxdur.
http://sestv.az/az/broadcasting/443306
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB