Müğənni Natəvan Həbibi və meyxanaçı Üzeyir Mehdizadə Rusiyaya səfər edəcəklər. SİA-nın verdiyi xəbərə görə, onların sözügedən ölkəyə üz tutmalarına səbəb yaradıcılıq işləri ilə bağlıdır. Belə ki, ifaçılar dekabrın 28-də Sankt-Peterburq şəhərində konsert verəcəklər. Tədbir şəhərin Lensovet adına sarayında baş tutacaq.
Qeyd edək ki, 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü ərəfəsində baş tutacaq konsert elə həmin əlamətdar günə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB