İki məşhur ilk dəfə bir araya gəldilər FOTOLAR

İki məşhur ilk dəfə bir araya gəldilər FOTOLAR

Türkiyəli aktyorlar Ərkan Pətəkkaya və Nurgül Yeşilçay yeni çəkilən "Paramparça" serialı üçün bir araya gəliblər. SİA-nın verdiyi xəbərə görə, Nurgül tərəf müqabili haqqında maraqlı fikirlər səsləndirib: "Ərkanla eyni məktəbin məzunuyuq. Amma heç vaxt tanış olmamışdıq. Yaxşı insandır. Çəkiliş meydançasında onunla çox rahat oluram. Serial üçün 9 kiloqram arıqladım. Dietoloqun məsləhəti ilə fərqli qidalar yeyirəm, çoxlu gəzirəm".

Aktrisa sevgidən də bəhs edib: "Mən uzun müddət davam edən sevgilərə üstünlük verirəm. İmkansız eşqlərin arxasınca qaçacaq vaxtım yoxdur. Bir münasibətdə edilən heç bir şey fədakarlıq deyil. Eşq iki insanın bir-birinə xoşbəxtlik verməsidir".

Ərkan Pətəkkaya isə 11 illik evliliyindən danışıb: "Evləndiyim insana qarşı eşqdən də yüksək hisslər bəsləmişəm. İndi sevgi, bağlılıq, hörmət yaşayırıq. 11 illik ailə həyatımızda hər gün bir az bağlandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə