Sevənləri Ayana zərbə vurdu

Müğənni Ayan Babakişiyevanın repertuarına yeni daxil olan, sözləri və musiqisi Tural Bayraməliyevə məxsus "Səndən sonra" bəstəsi maraqla qarşılanıb. SİA-nın məlumatına görə, yeni mahnısını kliplə birlikdə təqdim etməyi planlaşdıran A. Babakişiyevanın bu istəyi baş tutmayıb.

Belə ki, ifaçının sevənləri mahnını sosial şəbəkədə paylaşıblar. Bununla da, Ayan dərhal sözügedən bəstənin klip çəkilişlərinə başlayıb. Hazırda çəkiliş üçün məkanlar seçilir, geyim üzərində modelyer Şəlalə Maqsudova çalışır.

Ekran işinin rejissorluğunu "Qala" Media Qrupu - Ceyhun İbrahimoğlu və Vüsal Həsən, rəssam işini Azər İbrahimoğlu edəcək.

Qeyd edək ki, Ayan eyni rejissorla sayca dördüncü klipini çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə