30yaşlı müğənni vəfat etdi FOTOLAR

30yaşlı müğənni vəfat etdi FOTOLAR

Məşhur İran müğənnisi Morteza Pashaei vəfat edib. SİA-nın verdiyi məlumata görə, sənətçi mədə xərçəngindən əziyyət çəkirdi.

30 yaşlı ifaçı ilə bu gün vida mərasimi keçirilib. Belə ki, sevənləri onu yad etmək üçün İranın bir neçə şəhərində toplaşıb, küçələrdə onun xatirəsinə şamlar yandırıb, mahnılarını ifa ediblər.

Qeyd edək ki, Pashaei ötən ilin sentyabr ayında mədə xərçəngi olduğunu öyrənib. Buna baxmayaraq sənətçi aktiv musiqi həyatına davam edib. Sənətçi "Orada kimsə var" və "Sevginin adı" adlı albomları ilə məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə