Meyxanaçı Ağamirzə hörmət etdiyi həmkarından bəhs edib. SİA-ya açıqlama verən meyxanaçı sözügedən sənət dostunun adını da açıqlayıb:" Bildiyiniz kimi meyxanaçılar çoxdur. Hətta zamanında tələbəm olanlar hazırda mənimlə həmkardır. Buna çox sevinirəm. Demək ki, meyxanaçılarımız dayanmadan çalışırlar. Ancaq mənim ən çox sevdiyim və hörmət etdiyim həmkarım Vasifdir. Çünki yerini bilən və böyüklərin hörmətini saxlayan meyxanaçıdır. Mən onu həm də qardaş kimi çox istəyirəm. Allah Vasiflə dostluğumuzu möhkəm eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB