Müğənni Castin Biber yenə də tərbiyəsizliyini nümayiş etdirməyə davam edir. SİA-nın verdiyi xəbərə görə, Argentina hüquq-mühafizə orqanları ifaçını zorakılıqda ittiham edir. Ötən ilin noyabrında C.Biber Buenos-Ayresin gecə klublarının birindən çıxarkən Dieqo Pesoa adlı fotoreportyor müğənninin şəklini çəkmək üçün ona yaxınlaşıb. Amma Castinin mühafizəçisi nəinki müxbiri ifaçıya yaxınlaşmağa qoyub, hətta ona xəsarət yetirib. Jurnalist aldığı travma ucbatından xəstəxanaya yerləşdirilib və bir müddət işləyə bilməyib.
Dieqo Pesoanın vəkili mətbuata açıqlamasında bildirib ki, Castin Biber növbəti dəfə Argentinaya gəlməli olacaq. Əgər ittihamçı tərəf onun günahını sübuta yetirərsə, ifaçını bir ilə yaxın həbs gözləyir.
Müğənni isə bu məsələylə bağlı çox da narahat deyil. Özünün dediyinə görə, onun mühafizəçisi, sadəcə öz peşə məsuliyyətini həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB