"Eurovision-2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak xəstəxanalıq olub. SİA-nın verdiyi xəbərə görə, müğənni Türkiyədə Əskişəhər Osmanqazi Universitetində keçirilən tədbirdə konsert proqramı ilə çıxış edib. Konsertdən sonra Aleksandr Rıbakın halı pisləşib və xəstəxanaya yerləşdirilib. İfaçının vəziyyətinin pisləşməsinə səbəb nəfəs alan zaman problemlə üzləşməsi olub.
Qeyd edək ki, müğənninin səhhətinin hazırda yaxşı olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB