Emin Ağalarov və Zülfiyyə Xanbabayeva bir arada

Emin Ağalarov və Zülfiyyə Xanbabayeva bir arada

Müğənni-bəstəkar Emin Ağalarov xalq artisti Zülfiyyə Xanbabayeva ilə bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, məşhurların bir araya gəlməsinə səbəb birlikdə duet ifa etmələridir. Emin birlikdə çəkdirdikləri şəkili "İnstaqram" səhifəsində paylaşaraq "Tarixi an, mahnını yazıb bitirdik" sözlərini yazıb. O, bəstənin "Azərbaycan" adlandığını da vurğulayıb.

Qeyd edək ki, Emin dekabrın 4-də Bakıda "Crystal Hall"da baş tutacaq konsertində yeni hazırladığı dueti səslədirəcək. İfaçının ad günü münasibəti ilə keçiriləcək konsertində Rusiya estradasının tanınmış simaları – Qriqori Leps, Stas Mixaylov, ukraynalı sənətçi Ani Lorak və başqaları çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə