Türkiyədə yaşayan modelimiz vətəndə biznes quracaq

Türkiyədə yaşayan modelimiz vətəndə biznes quracaq

Türkiyədə yaşayan azərbaycanlı model Könül Əzizova tamaşaçıları təəcübləndirməyə davam edir. SİA-ya danışan həmyerlimiz doğma şəhəri Bakıda öz biznesini qurmağı planlaşdırdığını deyib: "Bakıya gəlişim ilk növbədə təzə layihələrimlə bağlıdır. Mən şəhərimizdə model agentliyi açmaq fikrindəyəm. Əsas məqsədimiz dünya model agentlikəri ilə əməkdaşlıq etməkdir".

Qeyd edək ki, K. Əzizova 2010-cu ildə Türkiyədə keçirilən, "TRT 1" və "TRT Avaz" kanallarında yayımlanan "Cehiz-şou"da iştirak edib. O, həmçinin, "Məni belə sev" serialında rol alıb, "Evos angels" dərgisi tərəfindən isə "Ayın gözəli" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə