Şou-biznesin "sadə" ifaçıları SORĞU

Şou-biznesin "sadə" ifaçıları SORĞU

İnsanlar arasında "Özündən razı tanınmış kimdir?" sualı altında sorğu keçirdik. SİA-nın verdiyi xəbərə görə, vətəndaşlarımızın əksəriyyəti xalq artisti İlhamə Quliyeva və müğənni Xumar Qədimovanın adlarını çəkdilər.

Sözügedən ifaçıların fikirlərini öyrəndik. Onların münasibətini təqdim edirik:

Xalq artisti İlhamə Quliyeva:"Özümdən həddindən artıq razıyam. Çünki dövlətimin bayrağını və sənətimi zirvələrə qaldırmışam. Ən böyük titullar və xalqımın məhəbbətini qazanmışam. Özümdən razı olmağıma əsas səbəb isə canımı çox istəyirəm. Özümə də böyük hörmət edirəm".

Müğənni Xumar Qədimova: "Özümdən razı ifaçı deyiləm. Sadəcə olaraq tamaşaçılarla aramda məsafə saxlayıram və dostlarımın olmasını istəmirəm. Bu da kənardan normal qarşılanmır. Ancaq məni tanıyanlar bilir ki, çox sadə ifaçıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə