Xanəndə Qocaq Əsgərov Azərbaycanın muğam və xalq mahnılarını bu dəfə İsraildə səsləndirib. SİA-nın verdiyi xəbərə görə, Qüdsdə keçirirlən "Ud" festivalı çərçivəsində çıxışı nəzərdə tutulan xanəndə 1000 nəfərdən çox tamaşaçı tutumu olan konsert zalında çıxış edib. İfasına "Şur" dəsgahı ilə başlayan xanəndənin saat yarımlıq ifasından doymayan tamaşaçılar yerdən "Sarı gəlin", "Bəri bax" və digər məhşur xalq mahnılarımızın adı ilə onu yenidən səhnəyə səsləyiblər. Vaxtilə Bakıda məskunlaşan yəhudilər isə Azərbaycanın xalq mahnılarına olan vurğunluğunu konsertdən sonra musiqiçilərlə görüşündə bölüşüblər.
Qeyd edək ki, konsertdən öncə Əqdəs Bağırzadənin təqdimatında və udun müşayiəti ilə Azərbaycanın tarixi məkanlarını əks etdirən slayd şou nümayiş etdirilib. YUNESKO-nun eksperti Sənubər Bağırova isə bu barədə çıxış etməklə yanaşı, musiqiçilərimizi konsert dinləyicilərinə yaxından tanıdıb. Eyni zamanda, xanəndənin səsləndirəcəyi qəzəllər barədə söz açıb. Xatırladaq ki, Qoçaq Əsgərovu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB