Niyam Səlami yenilik edəcək

Müğənni Niyam Salami yeni mahnı üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, bəstə "Yağır ürəyimə gecə yağışı" adlanır. Mahnının sözləri Rəsmiyyə Davudqızına, musiqisi isə Tahir Əkbərə məxsusdur.

Qeyd edək ki, sözügedən bəstəni Niyam ilk dəfə noyabr ayının 15-də tədbirlərin birində səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə