Məşhur aktyor öldü?

Hollivudun məşhur aktyoru Makauley Kalkin evində ölü tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 34 yaşlı aktyorun cəsədi yaxınlarının istəyi ilə çağırılan polis tərəfindən aşkar edilib. Cəsədin üzərində zorakı, sui-qəsdi düşündürən heç bir hal müşahidə olunmayıb.

Daha sonra məlum olub ki, sözügedən ölüm xəbəri tamamilə yalandır. Aktyorun ölməyib. Onu da diqqətinizə çatdıraq ki, bu Kalkin haqqında yayılan ilk ölüm xəbəri deyil. 21 dekabr 2012-ci ildə də, guya Kalkinin özünü öldürmək istədiyi, lakin sonradan intiharın baş tutmadığı, xəbəri yaılmışdı.

Qeyd edək ki, Makauley Kalkin "Evdə tək" filmi ilə məşhurluq zirvəsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə