Fərhad Göçər nələri etiraf etdi?

Fərhad Göçər nələri etiraf etdi?

Türkiyəli müğənni Fərhad Göçər verilişlərin birində şəxsi həyatı haqda danışıb. SİA-nın verdiyi xəbərə görə, sevgilisi, aparıcı Ömür Gediklə münasibətlərindən söz açan sənətçi bəzi etiraflar edib: "Ömürün geyiminə qarışmıram. Amma hərdən xəbərdarlıq edirəm. Bu mövzuda onun özü çox diqqətcildir. Məni heç vaxt utandırmaz. Öz geyimlərimə gəlincə, Ömür məni çox danlayır. Seçdiyim paltarı o bəyənmirsə, heç vaxt almıram".

F.Göçər evliliklə bağlı sualları isə belə cavablandırıb: "3 dəfə evlənmişəm. Qarşımda hər zaman başqa qapılar açıldı. Münasibətlərimdəki sıxıntı məni dəyişdi. İndi bir az ehtiyat edirəm. Bunun Ömürlə bir əlaqəsi yoxdur. Sadəcə, özümün bəzi qayğı və narahatlığım var".

Bütün xəbərlər Facebook səhifəmizdə